Zorla qadından telefonu alan şəxs ələ keçib

Soyğunçuluqda şübhəli bilinən paytaxt sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 12-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini E.Quliyevaya zor tətbiq edib mobil telefonunu almışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılmışdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR