Ağdaş sakininin evindən 570 qram narkotik vasitə götürülüb

Fevralın 13-də Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Anar Süleymanov saxlanılaraq üzərinə baxış keçirilən zaman bir bükümdə çəkisi 1.67 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən əlavə 570 qram narkotik vasitə olan qurudulmuş marixuana da aşkar edilib. A.Süleymanov götürülmüş maddi sübutlarla şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR