Çoban bıçaqlandı

Biləsuvar rayonunda çoban bıçaqlanıb.  Hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib. Belə ki, həmin kəndin sakini, Davud Bayramov kürək nahiyəsində bıçaqlanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. İlkin məlumata görə, çobanlıqla məşqul olan D.Bayramov Səmədabad kəndi ərazisində yerləşən fermada çalışan digər çoban tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR