Quldurluqla məşğul olan şəxs tutulub

Quldurluqla məşğul olan İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 12-də saat 1 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs İsmayıllı rayon sakini Elşad İsmayılovu döyüb 110 manatını alıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini İsrafil Rüstəmli saxlanıb.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR