Avtomobil qaçıran saxlanıb

Avtomlobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 10-da saat 22 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə paytaxt sakini Coşqun Tağıyevin "VAZ-2106" markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Zərərçəkən şəxs hadisənin Ə.Hacıeyev küçəsində baş verdiyini bildirib. Dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Əlahiddə Çevik Polis Alayı, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Nizami və Xətai rayon polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobil saat 3.30-da Cavanşir küçəsində aşkar edilərək, onu idarə edən şəxslə birgə saxlanılıb. Araşdırmalarla avtomlobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhər sakini Emil Həsənov olması müəyyən edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR