Mağazaların qənimi olan keçmiş məhkum tutulub

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində mağazalardan birindən ərzaq məhsulları, bir nəfərin içərisində geyim əşyası və sənəd olan çantasını, habelə 3 evdən ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub. Araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR