“Mersedes” yolu keçən piyadanı vurub öldürdü

Paytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR