Qadını zorladılar, döydülər, binadan atdılar, sonra... - İki rusdan Bakıda DƏHŞƏTLİ HƏRƏKƏT

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dimitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı işlə tanış olmadığı üçün vaxt istəyib. Bu səbəbdən növbəti proses noyabrım 22-də davam edəcək.

İttihama görə, qətl hadisəsi bu il aprelin 30-da Səbail rayonu, Neftçilər prospektində yerləşən mənzildə baş verib. Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razummıy ilə birgə yaşayıb. Onlar qadın tanışları 1971-ci il təvəllüdlü Yelena Sandrandinova yaşadıqları mənzilə gətiriblər. Yeyib içmək məclisdən Samir Zenyukov Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman qadın buna etiraz edib və evin dəhlizinə çıxıb. Samir Zenyukov da Yelenanın arxasıyca dəhlizə çıxaraq onun baş və bədən hissələrinə yumruq, təpik zərbələri vurub.

Dmitriy Razummıy da dostu Samirə kömək edərək qadını döyüblər. Sonra onlar qadını soyunduraraq divana uzadıblar və orada qadına qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu zaman qadın özündən gedib. Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edərək yatıb. Gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi münasibətdə olmaq istəyib. Bu zaman o, qadının öldüyünü bilib. O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək Yelenanın cansız bədəninin evdən çölə çıxardıblar. Onlar qadının Qız Qalasının yaxınlığında həyətdə bir küncə qoyublar. Daha sonra məhəllə sakinləri tərəfindən Yelena Sandrandinovanın meyitini aşkarlanıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitriy Razummıy həbs edilib. Məlum olub ki, onlar sərxoş ikən Sandrandinovanı ölənə qədər döyüblər, onun qabırğasını qırıblar və küt alətlə dəfələrlə başına vurublar. Sonra qatillər meyitdən canlarını qurtarmaq üçün onu ikinci mərtəbədən tullayıblar. Bunun ardından qətlin iştirakçıları "vurmağı" davam etdiriblər və yatıblar.

Samir Zenyukov və Dmitriy Razummıy Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6-cı (zorlama ilə adam öldürmə), 120.2.9-cu (kömksiz vəziyyət adam öldürmə), 29.149.2.1-ci (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4-cü (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1-ci (sexsual xarakterli hərəkət törətmək), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilir. Onu da qeyd edək ki, həm təqsirləndirilən şəxslər həm də ölən şəxs "bomj" həyatı yaşayıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR