Bakıda şadlıq evinin qarşısında bıçaqlanma hadisəsi olub

Bakıda şadlıq evinin qarşısında orta yaşlı kişi bıçaqlanıb. Hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində, "Fidan" şadlıq evinin qarşısında 1985-ci il təvəllüdlü Baxşəliyev Rəsul Qərib oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun sağrı və bud nahiyəsinə ümumilikdə iki bıçaq xəsarəti yetirilib.
Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR