MMC-yə məxsus kabeli oğurlayan saxlanıb

4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən "Abşeron rayon elektrik şəbəkəsi" MMC-yə məxsus anbardan 4000 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Adil Yusupov və Kürdəmir rayon sakini Loğman Şıxəliyev tutulublar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR