Telman İsmayılov müğənni Avraam Russonu öldürmək istəyirdi

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı iş adamı Telman İsmayılov barədə sensasion iddia açıqlanıb. İstintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.

Belə ki, həmin ali məktəb azərbaycanlı iş adamının rəhbəri olduğu "Çerkizovo" bazarının yaxınlığında yerləşirmiş. 1996-cı ildə Telman İsmayılov universitetin ərazisinin bir hissəsini ələ keçirmək istəyib, lakin Bodin bunun qəti əleyhinə çıxıb. Elə həmin vaxt daha bir prinsipial fiqur - bu qərarı çıxarmalı olan qadın - torpaq departamentinin məmuru qətlə yetirilir.

Telman İsmayılov 8 nəfərin qətlində ittiham olunsa da, bu rəqəm 9-a da yüksələ bilərdi. Doqquzuncu qətlə namizəd isə müğənni Avraam Russo olub. Telman İsmayılov müğənniyə prodüserlik edib. Mənbə bildirir ki, sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub - kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

Xatırladaq ki. bu gün axtarışda olan Telman İsmayılovun Türkiyədən Fransaya qaçması barədə məlumatlar yayılıb. Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR