Ögey anasını öldürüb quyuya atdı

Şamaxı şəhərində qətl hadisəsi baş verib."Olaylar" xəbər verir ki, hadisə noyabrın 13-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib. Daha sonra R.Bağırov ögey anasının meyitini gizlətmək məqsədilə yaşadıqları evin həyətindəki quyuya atıb və quyunu daşla doldurub. Keçirilən əməliyyat tədbirləri nəticəsində qətl hadisəsinin üstü açılıb. R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR