Fədayə Laçını "Qoca” ləqəbli kriminalla görüşdürən rəis işdən çıxarılıb - Maraqlı detal

Oktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi "Qoca" ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb.

"Qafqazinfo" xəbər verir ki, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü  gizli görüşü təşkil edilib. 

Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub. 

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR