Bakıda avtobusdan yerə düşən qadını və onun qızını...

Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub.

Məlumata görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Bilgəh qəsəbəsində dayanacaqda avtobusdan enərək yola çıxan 1973-cü il təvəllüdlü Bayramova Afət Tofiq qızı və onun qızı, 1997-ci il təvəllüdlü Bayramova Lamiyyə Habil qızını minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb./Report/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR