Ağdamda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR