Prokuror Britaniya vətəndaşına qarşı soyğunçuluqda təqsirləndirilən şəxslərə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, Emin Mustafayev və Nicat Hacıyevin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 18-də davam edəcək.

Qeyd edək ki, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında Böyük Britaniya vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pul qabını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR