“Cücələrim” mahnısının bəstəkarının barelyefini oğurlayanlar tutulub

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan dəstə saxlanılıb. Həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədovla bağlı araşdırma aparılır.

DİN Mətbuat Xidmətinindən Modern.az-a bildirlib ki, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib. 

Qeyd edək ki, Qəmbər Hüseynli məşhur "Cücələrim" mahnısının bəstəkarıdır..

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR