Nardaran hadisələrinə görə həbs edilmiş daha dörd nəfər azadlığa buraxılıb

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin daha bir qrupu azadlığa buraxılıb. Bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 4 nəfər - Vidadi Alxasov, Hüseyn Nəbizadə, Ürfan Nəbizadə və Vasif Əliyev Ədliyyə Nazirliyinin 16 və 17 saylı cəzaçəkmə müəssisələrindən vaxtından əvvəl azadlığa buraxılıblar. Onların azadlığa buraxılması barədə qərar prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncama əsasən qəbul edilib.

Qeyd edək ki, Nardaran hadisəslərinə görə həbs olunmuş 14 nəfər bir neçə gün əvvəl azadlığa buraxılb. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR