Avtomobil qaçıran şəxs saxlanıb

Sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun "QAZel" markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İlqar Misirov avtomobillə birlikdə Şəmkir rayonu ərazisində saxlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR