Bağlı qapı arxasında meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1952-ci il təvəllüdlü Şıxəliyev Yusif Ataman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR