Dəhşətli yol qəzasında 2 nəfər ölüb, 8-i yaralanıb

Sentyabrın 10-da saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ələddin Şovqatovun idarə etdiyi "VAZ-2106" və Rac Əliyevin idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyindən bildirilib. Ə.Şovqatovun sərnişinlərindən nəvəsi Müsab hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə R.Əliyev və 5 sərnişini xəstəxanaya yerləşdiriliblər. R.Əliyevin sərnişinlərindən Sevda Abdullayeva orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR