Siyəzən və Bərdə sakinindən xeyli narkotik götürülüb

Siyəzən və Bərdə sakinində narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana, Bərdə RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə isə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evdən 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR