Qohumu tərəfindən bıçaqlanana polisi aldatmaq istədi

Goranboyda bıçaqlanan şəxs polisi aldadıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sentyabrın 8-də saat 23.00 radələrində Goranboy rayonunun Rus Borisi kəndinin ərazisindən Bakı şəhər sakini Marat Hüseynzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır. M.Hüseynzadə Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbiristanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət almasını bildirib. Lakin yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan Xocalı RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə müəyyən edilib ki, M.Hüseynzadə düzgün izahat verməyib, ona bıçaqla xəsarət yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri nəticəsində hadisənin M.Hüseynzadənin qohumu Rus Borisi kənd sakini Nurəddin Həsənov tərəfindən törədilməsi müəyyən edilib, o, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR