Anasını zorlamaq istəyən şəxsə 6 bıçaq vurub, cinsiyyət orqanını kəsmək istəyib

Anasına təcavüz etməyə cəhd edən şəxsə ağır bədən xəsarətləri yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Vidadi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Daha sonra isə hökm oxunub.

Müdafiəçi çıxışında bildirib ki, Vidadi Məmmədovun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmayıb. Həmçinin vəkil söyləyib ki, Vidadi Məmmədov bu əməlini zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində edib: "Vidadinin niyyəti zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirmək olub. Zərərçəkmiş Pərviz Paşayev təqdirləndirilən şəxsin anasına təcavüz etməyə cəhd edib. Bunu görən Vidadi də bu hərəkəti edib. Həmin vaxt Vidadi affekt vəziyyətində olub, həyəcanlanıb və özünü itirib. Onu da qeyd edim ki, zərərçəkmiş şəxs və atası məhkəmədə dedi ki, guya Vidadinin anası Bəhruzu özü evə dəvət edib. Bu fikirlər necə də absurddur. Axı evdə iki gəlini, iki oğlu olan vaxt bir qadın, özü də 1961-ci il təvəllüdlü qadın bu hərəkəti necə edə bilər? Bəhruz içkili vəziyyətdə olub və bu qanunsuz əməli törədib. Vidadi Bəhruzu öldürmək istəməyib, törətdiyi əmələ görə onun cəzalandırıb, cinsiyyət orqanını kəsmək istəyib. Məhkəmədən ədalətli qərar gözləyirik. Bir insan anasının namusuna göz tikən şəxsi cəzalandırıb. Bu hadisə təqsirləndirilən şəxsin əməlinə görə baş verib. Aşağı həddən də aşağı həddə cəza istəməsini xahiş edirəm. Vidadinin əməlinin cinayət məcəlləsinin 126.1-ci maddəyə tövsüf edilməsini istəyirəm".

Müdafiəçi əlavə edib ki, Vidadi Məmmədovun iki azyaşlı uşağı var: "3 qardaşdılar. Ataları 2003-cü ildə dünyasını dəyişib. İndi kənddəki evlərini satışa qoyublar ki, satıb ölkəni tərk etsinlər. Bütün ailə üzvləri travma yaşayıb. Vidadinin azyaşlı uşaqları olmasını, polisə təslim olmasını yüngülləşdirici hal kimi nəzərə alınmasını da xahiş edirəm".

Məhkəmədə replika hüququndan istifadə dövlət ittihamçısı bildirib ki, zərərçəkmiş Bəhruz Paşayev barəsində də cinayət işi açılıb.

B.Paşayev barəsində Quba Rayon Prokurorluğunda 29.149-cu (zorlamaya cəhd) və 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd olaraq mənzilə daxil olma) maddələri ilə cinayət işi açılıb. İş Quba Rayon Məhkəməsinə göndərilib. Amma məhkəmə Bəhruz Paşayev barəsində həbs-qətimkan təsbiri seçilməyib.

"Həmin zərərçəkən şəxs hazırda təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub" - deyə dövlət ittihamçısı əlavə edib. Bildirək ki, dövlət ittihamçısı Cinayət Məcəlləsinin 29.120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) Vidadi Məmmədova 14 il 6 ay cəza istəmişdi. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Vidadi Məmmədov 11 il 3 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə Qubanın Mirzəqışlaq kəndində baş verib.

33 yaşlı kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Samirə Məmmədova arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. Onun S.Məmmədovaya təcavüz etmək istədiyi bildirilir. Bu zaman münaqişə yaranıb və Bəhruzun üzərinə qaynar su tökülüb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona cərahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR