Qoyun oğruları tutulub

Masallı rayon sakinləri Azad Əliyev və Novruz Abbasov avqust ayının 3-dən 7-dək olan müddətdə yardımçı təsərrüfatdan və fermadan qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin faktlarla əlaqədar Rayon Polis Şöbəsində cinayət işi başlanıb. İzahatlarında A.Əliyev Yeddioymaq kəndindəki yardımçı təsərrüfatından 13 baş, N.Abbasov isə Təzəkənd kəndi ərazisindəki fermasından 11 baş qoyunun oğurlanmasını bildirib. Şöbədə yaradılan istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerlərinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb. Görülən tədbirlərlə oğurluğun törədilməsində şübhəli bilinən qısa vaxtda müəyyənləşdirilib və saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun həmin rayonda çobanlıq edən Lerik rayon sakini Ağası Cəfərov olduğu müəyyən edilib. Tutarlı dəlillər qarşısında o, həmyerlisi olan digər 2 çobanla birlikdə oğurluğu törətdiklərini etiraf edib. Polis tərəfindən onlar da saxlanılıblar. Araşdırmalarla onların Afiyəddin İmanlı və Əliağa İmanov olduğu, həmçinin Əliağanın cinayətdə sürücü kimi iştirak etməsi də müəyyən edilib. Çobanlar Şıxlar kəndi ərazisindəki fermalardan birindən də 9 baş qoyun oğurladıqlarını, qoyunları rayon bazarında, bir neçəsini isə qəssablara satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən 11 baş qoyun maddi sübut kimi Lənkəran və Masallı rayonlarında qəssablardan götürülüb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR