Avtomobilin vurduğu piyada yerində keçinib

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 8-də saat 13 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Bəhman Cabbarov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Yeganə Verdiyevanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR