Ukraynada azərbaycanlı iş adamı yoxa çıxdı

Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan azərbaycanlı iş adamı evdən Kiyevə getmək adı ilə çıxıb və geri qayıtmayıb, onunla bütün əlaqə kəsilib. Luqanskda yaşayan azərbaycanlıların APA-ya verdiyi məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev artıq bir həftədir ki, itkin düşüb.

Tanınmamış "Luqansk Xalq Respublikası"nın polisi itkin düşən azərbaycanlı iş adamının axtarışına başlayıb. Kiyevə yola düşən iş adamının evdən çıxdığı günün ertəsi gündən onunla əlaqə kəsilib və xəbər yoxdur. R. Mirzəyev uzun müddətdir Ukraynada yaşayır və kənd təsərüfatı biznesi ilə məşğuldur.

Qeyd edək ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının, yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb, 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da nəticə yoxdur.  Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR