Daxili orqanında narkotik vasitə aşkar olunub

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a  verilən məlumata görə,baxış zamanı həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR