Quba və Ağdaş sakinlərində nakotik maddə aşkar edilib

Quba rayon sakini Xanmurad Babayevdə xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayevdən 1 kiloqram 838,2 qram marixuana götürülüb.

Həmçinin Ağdaş RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binələr kənd sakini Tahir Səfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR