İnək oğruları yaxalandılar

Salyan rayonunda iribaşlı heyvanlara qənim kəsilən şəxslər zərəsizləşdirlib. DİN-dən "Olaylar"a verilən məlumata görə, 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. Araşdırma zamanı onların  Salyan rayonunun Yenikənd kənd sakinləri Rabil Dadaşov və Anar Dadaşov olduğu müəyyən edilib. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların Tural Nəhmətova və Valeh Ağayevə məxsus həyətyanı sahələrdən 2 baş inək oğurladıqları məlum olub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR