Vidadi Zeynalov evini sataraq ziyanın daha bir hissəsini ödəyib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib. Bu barədə açıqlama verən V. Zeynalovun vəkili Elxan Süleymanlı deyib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzil satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Zeynalov 2 milyon manat ödəyib. Bundan əlavə, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib. "Rabitə işi" üzrə məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən Cəlil Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR