Akkumlyattor oğrusunun digər əməlləri aşkar edilib

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Sarvan Qayıbova məxsus "Kranex" markalı traktordan akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Şirinov tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 26-dan martın 10-dək olan müddətdə Kimyaçılar qəsəbəsi ərazisində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 103 metr rabitə kabelini və Stansiya Sumqayıt qəsəbəsinin ərazisində şəhər telekommunikasiya qovşağına məxsus 65 metr elektrik kabelini, habelə bir nəfərə məxsus evdən 1300 manat pul oğurlaması da  müəyyən edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR