12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamı zərərçəkmişə etiraz etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Zabir Əliyev ifadə verib. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs onun 6 milyon 900 min dollarını və 2 milyon 122 min dollarlıq qeyri-yaşayış sahəsini ələ keçirib.

Prosesdə C.Canıyevin vəkili Vüqar Babayevin suallarını cavablandıran Z.Əliyev təstiq edib ki, bu məsələ ilə bağlı 2014-cü ildə Baş Prokurorluqda araşdırma aparılıb və faktla bağlı cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilib. Zərərçəkmiş həmin qərardan şikayət verməyib və qərarla razılaşıb. Zərərçəkmiş Z.Əliyev qərardan şikayət verməməsinin səbəblərini açıqlamayıb. V.Babayev bildirib ki, Baş Prokurorluğun həmin qərarı bu gün də qüvvədədir və buna görə də Z.Əliyev bu gün cinayət işində zərərçəkmiş kimi tanına bilməz. Prosesdə təqsirləndirilən C.Canıyev də zərərçəkmişə etiraz edib. İş üzrə növbəti məhkəmə prosesi iyunun 21-ə təyin edilib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR