Özünü şübhəli apardı - Yarım kilodan artıq heroinlə tutuldu

Sumqayıt polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. DİN-nin Mətbuat Xidmətindən  verilən məlumata görə, iyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.

Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman cibindən polietilenə qablaşdırılmış gümüşü rəngli siqaret kağızında 2 bükülü və 1 ədəd qatlanan bıçaq aşkar edilərək götürülüb.  Araşdırmalarla onun şəhər sakini Elşən Həsənov olduğu məlum olub.

Ekspertizaya göndərilən həmin bükülüdəkilərin 0,627 qram narkotik vasitə olan heroin olması barədə rəy verilib. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan qara sellofan torbada ümumi çəkisi 570 qram olan heroin aşkar edilərək götürülüb. E.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi başlanılıb. Zəruri və təxirəsalınmaz istitintaq hərəkətləri davam etdirilir.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR