Rəis müavini baş redaktoru məhkəməyə verdi

Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini Eldar Səfərov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu məhkəməyə verib. Bu barədə jurnalistin özü facebook profilində yazıb. A.Məmmədov sayta açılamasında bildirdi ki, Eldar Səfərov onun barəsində Yasamal rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb.

chr("39")chr("39")Məhkəməyə verilməyimi Eldar Səfərovun özü dedi. Bildirdi ki, barəmdə cinayət işinin qaldırılmasını istəyir. Güya ötən il noyabrın 26-da criminal.az saytında yazdığım yazıda ona böhtan atmışam. Halbuki həmin yazıda söhbət narkotik satan şəxslərin Eldar Səfərov tərəfindən himayə olunması ilə bağlı iddiadan gedir. Yazıda vurğulamışıq ki, şikayətçi iddiasına görə, narkotik satan Vüqar Atayevin himayədarı məhz rəis müavininin özüdür. Məsələ ilə bağlı Eldar müəllimin özü ilə də əlaqə saxlanılmışdı. O isə chr("39")chr("39")Vüqar Atayev adlı adam tanımıramchr("39")chr("39") deyərək telefonu qapatmışdı. Bu gün isə eşidirəm ki, barəmdə cinayət işinin açılmasını istəyirchr("39")chr("39").

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.  Qaynarinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR