Külli miqdarda siqaret və mobil telefon aşkarlanıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb. Eyni zamanda Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki dərman qutusunun içərisindən gömrük orqanına bəyan edilməyən 5 ədəd "Samsung Galaxy J 3" markalı mobil telefonlar, mobil telefonlara aid 5 ədəd qutu, nəqliyyat vasitəsinin salonundan 5 ədəd qidalandlrıcı başlıq və 5 ədəd USB kabeli, yük yerindən isə gömrük nəzarətindən gizlədilən 400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR