Dostunun arvadını qaçıran mollanın həyat yoldaşı evi tərk etdi

Türkiyənin Bursa şəhərində dostunun həyat yoldaşıyla qaçan molla barədə Dini İşlər İdarəsində qərar qəbul edilib.  Bursanın İznik mahalındakı Elbeyli kəndində mollalıq edərkən dostunun həyat yoldaşı olan 2 uşaq anası Funda Ş. ilə qaçan 43 yaşlı Mustafa T.-nı İdarə işindən azad edib. 2 uşaq atası Mustafa T. iddiaya görə, keçən ilin sentyabr ayında dostu Mehmet Ş.-nın həyat yoldaşı Funda Ş.-nı qaçırıb. Bunu öyrənən 2 uşaq atası Mehmet Ş. Ailə Məhkəməsində iddia qaldıraraq həyat yoldaşından boşanıb.

Hadisəni eşitdikdən sonra həyat yoldaşı və iki uşağının Bursadan getdiyini eşidən Mustafa T.  qaçırıb dini nikah ilə birlikdə yaşadığı iddia edilən Funda Ş.-nı qohumlarına təhvil verib. Milli.az Türkiyə mətbuatına istinadla xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR