2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxsə HÖKM OXUNDU

Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Hüseynov 10 il və Vüqar Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimovdan arvadının üzünə "kislota" atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. Onu da qeyd edək ki, T.Hüseynov məhkəmədə hadisə ilə bağlı keçmiş arvadını qısqandığı üçün bu cür əməl törətdiyini deyib: "Mənim deyilsə, heç kimin olmasın deyə belə etdim".
 
Zərərçəkən Nuranə Kərimovanın 25 yaşı var. Hadisədən sonra 25 yaşlı qızın bir gözü görmə qabiliyyətini itirib. Lent.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR