Qohumunun evindən 20 min manat oğurlayan tutulub

Bakıda qohumunun evindən pul oğurlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Buzovna qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 20.000 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vüsal Hüseynzadə tutulub. Araşdırmalar davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR