
Bakı sakininə qarşı 50 min dollarlıq dələduzluq edilib. Məlumata görə, Bakı şəhər sakini 39 yaşlı Murad Mirzəyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin iyul ayında 38 yaşlı Bəxtiyar Mirzəyev ondan 50 min ABŞ dolları dəyərində kompüter avadanlıqları alıb, lakin indiyədək pulunu verməyib. Faktla bağlı araşdırma aparılır.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.