Maşallah Əhmədovun vəsatəti TƏMİN EDİLDİ

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb. Prosesdə M.Əhmədovun vəkili məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Hakim vəsatəti qismən təmin edib və prosesdə bəzi məasələlərə aydınlıq gətirilib. Prokurorun suallarını cavablandıran M.Əhmədov zərərçəkmiş tərəfin dəymiş zərərlə bağlı səsləndirdiyi rəqəmin şişirdildiyini deyib.

İş üzrə növbəti məhkəmə prosesi aprelin 21-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il azadlıqdan məhrum edilib. M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. "Neftçi"nin bizneslə məşğul olan keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR