40 min manatlıq dələduzluqda təqsirləndirilən dəllala HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İslam Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 
İ. Əhmədov Bakıda dəllallıqla məşğul olub. İttihama görə, o, Bakı sakininin etibarından istifadə edərək, başqasının adına olan torpaq sahəsini saxta sənədlə sataraq, ona qarşı 40 min manatlıq dələduzluq etməkdə təqsirli bilinir.
 
İ. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR