Oğrunun digər əməlləri ifşa olundu

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Tural Abbasovun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il iyulun 11-də Gəncə şəhər sakinləri - əvvəllər məhkum olunmuşlar Ülvi Əliquliyev və Osman Həsənovla birgə şəhər ərazisindəki evlərdən birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib. DİN-dən verilən məlumata görə, görülən tədbirlərlə Ü.Əliquliyev və O.Həsənov da tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların ötən il oktyabrın 16-dan cari il fevralın 4-dək olan müddətdə şəhər ərazisində 6 avtomobildən oğurluq etmələri də müəyyən edilib.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR