Avtomobili qaçırıb satanlar ələ keçib

Masallı sakinləri Tahir Abdinov və Natiq Muradov avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanıblar. DİN-dən verilən məlumata görə, tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları "VAZ-2107" markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib. F.Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR