Bərdədə kabel oğrusu saxlanıb

Martın 14-nə keçən gecə Bərdə rayonunun Alpoud və Tumaslı kəndləri ərazisində Rayon Telekommunikasiya Qovşağına məxsus 460 metr rabitə kabeli kəsilərək oğurlanıb, 400 metr hissəsi isə yararsız hala salınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qarayusifli kənd sakini, əvvəllər məhkum olunmuş Arif Şıxməmmədov tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR