Qadını öldürüb, cəsədini kanala atan kişi tutuldu

Martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax RPŞ, Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G.İbrahimovanı "VAZ-2107" markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib. Görülən tədbirlərlə M.Məmmədov Yevlax rayonu ərazisində tutulub. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR