Oğurluq avtomobillə qız qaçıran oğlan təsadüfən "ilişdi" - Polislərə hücum çəkdi

Şamaxı rayonunda avtomobil qaçıran şəxs polisə müqavimət göstərib. Hadisə martın 14-də Şamaxı şəhəri ərazisində baş verib.
Belə ki, şəhər sakini Bilal Abdullayev idarə etdiyi "KİA" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirərkən B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.

Dərhal görülən tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı Rayon Polis Şöbəsinə gətirilib.

Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi "KİA" markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır. Report.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR