Daha bir "qanunu oğru" öldürüldü

Moskvada "qanuni oğru" müəmmalı şəkildə öldürülüb.  ilkin ehtimala görə, 27 yaşlı "qanuni oğru" Maksim Fransuzovu ("Fransuz") yaşadığı mənzilin pəncərəsindən atıblar.

Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəmnində öldürüldüyü istisna edilmir. Bundan əlavə, onun böyük məbləğdə borca görə öldürülməsi ehtimalı da nəzərdən keçirilir.

Kriminal avtoritetin yaşadığı binanın girişindəki nəzarət kameraları və domofon bir neçə gün əvvəl yararsız vəziyyətə salınıb. Qonşuların verdiyi məlumata görə, 4 gün əvvəl kimsə məqsədli şəkildə məftilləri kəsib. Təmir üçün müraciət olunsa da, hələ də sistem bərpa olunmayıb.

Qonşuların sözlərinə görə, yerli vaxtla saat 7 radələrində güclü gurultu eşidilib. Diqqətlə baxdıqda blokun girişindəki günəşliyin üstündə Fransuzun meyitini görüblər. Dərhal hadisə yerinə polis, təcili yardım və FHN işçiləri çağırılıb.

Kriminal avtoritetlə birlikdə mənzildə onun anası, həyat yoldaşı və 1 il əvvəl dünyaya gələn uşağı yaşayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat briqadası çalışır.

Qeyd edək ki, bu, Fransuza təşkil edilən ilk sui-qəsd olmayıb. 2015-ci ilin avqustunda kriminal avtoritet evindən çıxarkən güllələnib. Atəş açan şəxs istintaqdan yayına bilib. Fransuzun həyatı isə həkimlərin səyi nəticəsində xilas olunub.

Məlumata görə, 2013-cü ilin iyununda Fransuz "qanuni oğru" Gela Kardava tərəfindən "taclandırılıb". Ded Xasanın ölümündən sonra onun boş qalmış hakimiyyətinə Şakro Molodoy sahib çıxıb. Fransuzun "xaç atası" Gelanın da bu yerə iddialı olması Fransuzu Şakro ilə qarşı-qarşıya gətirib. Bundan əlavə, həbsdə olduğu müddət ərzində həddindən artıq çox avtoritetin "qanuni oğru" adı almasına etiraz edən Şakro yalnız layiq olanların bu titulu almasını istəyib və onlarla avtoriteti bu addan məhrum edib. Həmin vaxt Fransuzun da ünvanına etirazlar səslənib. Aznews.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR