Maşın qaçıran şəxs saxlanıb

Başqa dövlət qeydiyyat nişanları taxılaraq qaçırılmış avtomobil idarə etdiyi Bakı şəhər sakini ilə birgə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də paytaxtın Nizami rayonunun Babək prospektindən Bərdə rayon sakini Natiq Əlizadənin "Fiat" markalı avtomobili qaçırılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin martın 13-də Bakı-Sumqayıt yolunda üzərində başqa dövlət qeydiyyat nişanları taxılaraq hərəkətdə olması müəyyən edilib. Avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini İman Hüseynovla birgə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR