Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.  Bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir. 

Saxlanılan şəxs silah və narkotiklərlə bağlı cinayətlərin törədilməsi ilə əlaqədar axtarışda idi. Əslən Bakıdan olan gənc hazırda həbsxanada olan "Qulu" ləqəbli "qanuni oğru"nun yetirməsidir. 

Ukrayna Milli Polis və Təhlükəsizlik Xidmətinin nümayəndəsinin sözlərinə görə, avtoritet müqavimət göstərib və əməliyyatçıları hədələyib. Hazırda müvəqqəti təcridxanadadır və o, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.    Oxu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR